İraqda 100-dən çox İŞİD terrorçusu məhv edilib

İraqda 100-dən çox İŞİD terrorçusu məhv edilib
# 09 may 2017 22:46 (UTC +04:00)

İraq Hərbi-Hava Qüvvələri İŞİD terror qruplaşmasının Anbar əyalətindəki mövqelərinə hava zərbələri endirib, nəticədə azı 100 terrorçu məhv edilib.

APA-nın “Sinxua”ya istinadən verdiyi xəbərə görə, İŞİD-in Ana və Əl-Kaym şəhərlərindəki mövqelərinə ümumilikdə 15 aviazərbə endirilib. Zərbələr nəticəsində Anada 47, Əl-Kaymda isə 53 terrorçu məhv edilib.

Bundan başqa, hücum zamanı terrorçulara məxsus evlər və silah istehsalı müəssisələri dağıdılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR