Ermənistanda hakim rüşvət aldığına görə saxlanılıb

Ermənistanda hakim rüşvət aldığına görə saxlanılıb
# 11 may 2017 20:27 (UTC +04:00)

Ermənistanın Ararat və Vayotsdzor vilayətlərinin ümumi yurisdiksiya məhkəməsinin hakimi rüşvət aldığına görə saxlanılıb.

APA-nın erməni mətbuatına istinadən verdiyi xəbərə görə, Ermənistan Milli Təhlükəsizlik Xidmətinin (MTX) məlumatına əsasən, hakim cərimə cəzasının tətbiqini nəzərdə tutan qərar verməsinə görə vətəndaşdan 600 dollar rüşvət tələb edib. Levon Arazyan tələb etdiyi məbləği alarkən MTX əməliyyatçıları tərəfindən saxlanılıb.

İş üzrə materiallar Baş Prokurorluğa göndərilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR