İran DİN rəhbəri: “Prezident seçkilərinin ikinci turu gözlənilmir”

İran DİN rəhbəri: “Prezident seçkilərinin ikinci turu gözlənilmir”
# 17 may 2017 09:24 (UTC +04:00)

“İndiki şəraitdə prezident seçkilərinin ikinci turu gözlənilmir”.

Bunu İranın daxili işlər naziri Əbdürrza Rəhmani Fəzli bu gün keçirdiyi mətbuat konfransında APA-nın sualını cavablandırarkən deyib.

O bildirib ki, namizədlərin əksəriyyətinin öz namizədliyini geri götürməsi fonunda cümə günü keçiriləcək prezident seçkilərində iki əsas namizədin mübarizə aparacağı gözlənilir.

Ə. Rəhmani Fəzli deyib ki, seçkilər zamanı təhlükəsizlik tədbirlərinin təmin edilməsi ilə bağlı narahatçılıq yoxdur: “Altı ay əvvəl təhlükəsizlik komitələri yaradılıb. Seçkilərin təhlükəsizliyinin təmin edilməsi üçün bütün lazımi şərait var”.

Seçki nəticələrinin açıqlanacağı tarixə gəldikdə isə nazir nəticələrin ötən seçkilərdə olduğundan da tez elan edilməsinə çalışacaqlarını bildirib.


Qeyd edək ki, İranda 56 milyon 410 min nəfər səsvermə hüququna malikdir. Ölkənin Daxili İşlər Nazirliyi seçici fəallığının 70 faiz olacağını proqnozlaşdırır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR