Gürcüstanın Kvemo Kartli bölgəsinə yeni qubernator təyin edilib

Gürcüstanın Kvemo Kartli bölgəsinə yeni qubernator təyin edilib
# 18 may 2017 15:49 (UTC +04:00)

Gürcüstanda azərbaycanlıların kompakt yaşadığı Kvemo Kartli bölgəsinə yeni qubernator təyin edilib. APA-nın Gürcüstan bürosunun məlumatına görə, bu barədə Gürcüstan Nazirlər Kabinetinin mətbuat xidmətindən bildirilib. Məlumata görə, Gürcüstanın baş naziri Qriqol Nemsadzenin Kvemo Kartli bölgəsinin qubernatoru vəzifəsinə təyinatı barədə sərəncam imzalayıb.

Qriqol Nemsadze ixtisasca iqtisadçıdır və özəl sektorda, bank sektorunda çalışıb.

Bu gün Gürcüstanın regional inkişaf və infrastruktur naziri Zurab Alavidze onu bölgə qubernatorluq kollektivinə təqdim edib.

Məlumata görə, keçmiş qubernator Paata Xizanaşvili Dövlət təhlükəsizlik xidmətinin xüsusi mühafizə idarəsində vəzifəyə təyin olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR