Bağdadda törədilən iki partlayış nəticəsində ölənlərin sayı artıb - YENİLƏNİB

Bağdadda törədilən iki partlayış nəticəsində ölənlərin sayı artıb - <span style="color: red;">YENİLƏNİB
# 19 may 2017 23:01 (UTC +04:00)

İraqın paytaxtı Bağdadda ardıcıl törədilən iki partlayış nəticəsində ölənlərin sayı 11-ə çatıb, 20 nəfər yaralanıb.

APA-nın Reuters agentliyinə istinadən verdiyi xəbərə görə, ölənlərdən 4-ü polis zabitləridir.

Terror aktlarına görə məsuliyyəti hələlik heç bir qruplaşma öz üzərinə götürməyib.

***

00:25

İraqın paytaxtı Bağdadda bir-birinin ardınca iki partlayış baş verib.

APA-nın TASS agentliyinə istinadən verdiyi xəbərə görə, terror aktları şəhərin cənub bölgəsində qeydə alınıb.

Əvvəl polis, daha sonra isə nəzarət-keçid məntəqəsi qarşısında minalanmış avtomobillərin partladılması nəticəsində bir nəfər ölüb, beşi yaralanıb.

Bundan əvvəl İraqın cənubunda minalanmış avtomobilin partladılması nəticəsində 7 nəfər ölüb, 15 nəfər yaralanıb. Terror aktlarına görə məsuliyyəti hələlik heç bir qruplaşma öz üzərinə götürməyib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR