Xaçmazda 12 yaşlı qızı maşın vurub

Xaçmazda 12 yaşlı qızı maşın vurub
# 12 avqust 2017 11:47 (UTC +04:00)

Xaçmaz rayonunda piyadanın vurulması ilə nəticələnən yol- nəqliyyat hadisəsi baş verib.

APA-nın şimal bürosunun məlumatına görə, 2005-ci il təvəllüdlü Şıxıyeva Nərgiz Firuz qızını avtomobil vurub.

Xəsarət alan azyaşlı Xaçmaz Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib. Ona sağ bud sümüyünün yerini dəyişməyən çəp sınığı, bədənin müxtəlif hissələrinin sıyrılması diaqnozu qoyulub, vəziyyəti normaldır.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR