Misir OPEK+ razılaşmasına qoşulmayacağını bəyan edib

Misir OPEK+ razılaşmasına qoşulmayacağını bəyan edib
# 13 oktyabr 2017 01:54 (UTC +04:00)

Misir neft hasilatının həcminin azaldılmasına dair OPEK və təşkilata üzv olmayan bir neçə digər ölkələr arasında imzalanan razılaşmaya (OPEK+) qoşulmamağı planlaşdırır. APA-nın “Blumberq”ə istinadən verdiyi xəbərə görə, bu barədə ölkənin baş naziri Şərif İsmayıl bildirib.

“Misir OPEK+ sazişinə qoşulmayacaq, çünki ölkə demək olar ki, heç nə ixrac etmir, hasil edilən xammalın xeyli hissəsi yerli neft emalı zavodlarında istifadə olunur”, - deyə Şərif İsmayıl bildirib.

“İxrac olunan həcm diqqətəlayiq deyil və bazarlara təsir etmir. Tədarük həcmlərinin azaldılmasından danışılırsa, bu bir-iki mln. barel ixrac edən ölkələrə aid edilməlidir”, - deyə baş nazir qeyd edib.

Qeyd edək ki, OPEK və neft hasil edən bir sıra ölkələr 2016-cı ilin sonlarında neft hasilatının 1,8 milyon barel azaldılması barədə razılığa gəliblər. Razılaşma 6 ay üçün nəzərdə tutulub, daha sonra 2018-ci ilin martına qədər uzadılıb. Azərbaycan da bu razılaşmaya imza atıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR