"ATƏT məkanında həlli uzanan münaqişələrin sülh yolu ilə həllinin tapılmasına sadiqlik son dərəcə vacibdir".
APA-nın məlumatına görə, bu sözləri Estoniya xarici işlər naziri Sven Mikser ATƏT Xarici İşlər Nazirləri Şurasının Vyanada keçirilən toplantısında çıxışı zamanı deyib.
S. Mikser bu baxımdan Dağlıq Qarabağ, Gürcüstan və Moldovadakı münaqişələri xüsusi qeyd edib.