Oğurluqda şübhəli bilinən İmişli sakinləri tutulub

Oğurluqda şübhəli bilinən İmişli sakinləri tutulub
# 02 dekabr 2017 08:43 (UTC +04:00)

Noyabrın 27-də İmişli rayon polis şöbəsinə rayon sakini, Qorxmaz Şirinova məxsus mənzildən 4 min manat dəyərində qızıl-zinət əşyalarının və 1500 ABŞ dollarının oğurlanması barədə məlumat daxil olub.

DİN Mətbuat Xidmətinin Şirvan regional qrupundan APA-nın Mil-Muğan bürosuna verilən məlumata görə, polis əməkdaşlarının peşəkarlıqla keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluqda şübhəli bilinən rayon sakini Cahid Quliyev və həmyerlisi Bəhruz Musayev saxlanılıblar.


RPŞ-də aparılan araşdırmalar zamanı hər iki şəxs törətdikləri əməli etiraf ediblər. Ətraflarında aparılan tədbirlərlə onların oğurladıqları qızıl-zinət əşyalarının müəyyən qismini Bakıda satdıqları məlum olub.


Özlərində saxladıqları qızıl-zinət əşyaları isə maddi sübut kimi götürülüb.


Faktla bağlı İmişli RPŞ-nin İstintaq bölməsində araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR