Ucarda şəkər xəstələrinin dərmanla təminatında problem yaranıb

Ucarda şəkər xəstələrinin dərmanla təminatında problem yaranıb
# 04 aprel 2018 12:49 (UTC +04:00)

Ucarda şəkər xəstələrinin dərman təminatında problem yaranıb.

APA-nın yerli bürosunun xəbərinə görə, diabetli şəkər xəstələri üçün dövlət tərəfindən pulsuz verilən dərmanları Ucar Mərkəzi Rayon Xəstəxanasından tam şəkildə ala bilmirlər. Şəkər xəstələri xəstəxananın həkiminin yazdığı dərmanların ancaq yarı hissəsinin verildiyini bildirirlər. Digər hissəsinin verilməməsinin səbəbini isə yaranan dərman qıtlığı ilə izah edirlər.

Şəkər xəstələri xəstəxanada dərman qıtlığı olmadığını, əslində isə dərmanların rayonda fəaliyyət göstərən apteklərdə baha qiymətə satıldığını deyirlər.

Ucar Mərkəzi Rayon Xəstəxanasının endokrinoloqu Alidə Şirinova deyir ki, o, xəstələrə dövlət tərəfindən pulsuz verilən dərmanları yazır Xəstəxanada dərmanın olub-olmaması onun problemi deyil.

Baş həkimin müavini Xaləddin Qafarlı isə bildirib ki, Ucarda 2 min nəfər diabetli şəkər xəstəsi qeydiyyatdan keçib. Dövlət tərəfindən pulsuz verilən dərmanlar məhdud sayda gəldiyindən bəzi xəstələri dərmanla təmin etmək mümkün olmur: “Çalışacağıq ki, yaxın aylarda bu problem müsbət həllini tapsın. Dərmanların rayonda fəaliyyət göstərən apteklərdə satılmasına gəldikdə isə biz bu məsələ ilə ciddi mübarizə aparırıq. Heç bir aptekdə xəstəxanaya verilən dərmanlar satıla bilməz”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR