“1996-cı ildə qəbul edilmiş “Torpaq islahatı haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq ölkəmizdə 2032 kolxoz və sovxoz ləğv edilmiş, 869 268 ailəyə torpaq payı verilib. Bu islahat ölkəmizdə sahibkarlığın inkişafına böyük təkan verib”.
APA-nın məlumatına görə, bunu Milli Məclisin bu gün keçirilən iclasında “Dövlət rüsumu haqqında” qanuna dəyişikliyin müzakirəsi zamanı parlamentin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili deyib.
T. Mirkişili deyib ki, keçən müddət ərzində bu sahədə aparılmış təhlillər verilmiş torpaq paylarının sənədləşməsi zamanı bir çox nöqsanlara yol verildiyini üzə çıxarıb: “Torpaq islahatı zamanı hər bir vətəndaşa (ailəyə) torpaq payı verilsə də, təqribən 50 min ailənin həmin torpaq sahələri üzərində mülkiyyət hüquqlarını təsdiq edən sənədlər verilməmişdir. Halbuki, torpağa mülkiyyət hüququna dair sənədlər 10 gün müddətində Dövlət Torpaq Komitəsində qeydiyyatdan keçirildikdən sonra təqdim edilməli idi. İkinci, bütün torpaq istifadəçilərinə verilmiş köhnə dövlət aktları, şəhadətnamələrin yeni təsdiq olunmuş nümunələrlə əvəz edilməsinə müvafiq dair tapşırıq olsa da, bir çox torpaq sənədləri çıxarışla əvəz edilməyib. Üçüncü, bəzi hallarda torpaq üzərində hüquqları təsdiq edən sənədlərin verilməsində qanunvericiliyin tələblərindən kənarlaşma olubr. Bəzi reyestrdən çıxarışlar torpağın plan və ölçü sənədi olmadan verilmiş, həmin sənədlərdə torpaq sahələrinin məqsədli təyinatı ya yazılmamış, ya da qanunvericiliyin tələblərinə uyğun müəyyən edilməmişdir. Belə əkin sahələrinin istifadəçiləri isə səhv rəsmiləşməyə görə subsidiya ala bilmirlər. Dördüncü, bəzi mülkiyyətçilərin istifadəsində olan torpaq sahələrinin faktiki və sənəddə göstərilən koordinatları arasında fərqlər mövcuddur. Həmin torpaq sahələrinin əsas hissəsinin faktiki koordinatları onların sənədlərindəki məlumatlara uyğun deyil. Beşinci, torpaq sahələrinin nömrələnməsinin unikallığı tam təmin edilməyib. Torpaq islahatı zamanı islahat təsərrüfatlar üzrə aparıldığından eyni kənddə birdən çox təsərrüfat olduğu halda eyni koda malik torpaq sənədləri verilib. Bütün bu problemlər isə ailələrin çıxarış olmadığına və ya düzgün olmadığına görə aqrar subsidiyalara çıxışını məhdudlaşdırır, dövlətin inzibati resurslarını aşındırır, iqtisadi siyasətdə düzgün tənzimləmə üçün problemlər yaradır”.
Parlamentin komitə sədri qeyd edib ki, mövcud problemlərin aradan qaldırılması üçün cənab Prezident 07 oktyabr 2021-ci il tarixdə Aqrar sahədə dövlət dəstəyi tədbirlərinin davamı olaraq pay torpaqları üzərində mülkiyyət hüquqlarının rəsmiləşdirilməsi işlərinin başa çatdırılması, habelə istehsal təyinatlı torpaq mülkiyyətçilərinin əkin subsidiyalarından müntəzəm olaraq yararlanması məqsədilə fərman imzalayıb: “Fərmana əsasən, ləğv edilmiş sovxoz və kolxozların özəlləşdirilən torpaqlarından pay almış, lakin bu torpaqlar üzərində mülkiyyət hüququ rəsmiləşdirilməmiş şəxslərin hüquqlarının onların müraciəti əsasında dövlət büdcəsinin vəsaiti hesabına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasını tapşırılıb. Qeyd edim ki, hazırda mülkiyyət hüquqlaırnın rəsmiləşdirilməsi rüsumları hər bir ailə üçün 80 manat təşkil edir. Bu xidmətlərə görə xərclərin-rüsumların maliyyələşdirilməsi üçün 3.500.000,0 (üç milyon beş yüz min) manat məbləğində vəsaitin 2022 – 2024-cü illər üzrə dövlət büdcəsinin layihəsində nəzərdə tutulması da fərmanda öz əksini tapıb. Beləliklə, təqdim edilən qanun layihəsi və imzalanan fərman 50 minə yaxın ailəyə verilmiş torpaq paylarının sənədləşməsini, sənədləşmə üçün lazım olan dövlət rüsumlarının vətəndaşın deyil, dövlət büdcəsindən ödənməsini, əmlakın qeydiyyatı və doğru olmayan məlumatların korrektə olunmasını özündə ehtiva edir. Hesab edirik ki, bu qanunvericilik təşəbbüsü cənab Prezident tərəfindən vətəndaşlara sosial qayğının növbəti bariz nümunəsidir”.
Parlamentin komitə sədri: “Torpaq paylarının sənədləşməsi zamanı bir sıra nöqsanlara yol verilib”
© APA | Tahir Mirkişili, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri
Aqrar-sənaye kompleksi
ADSEA sədri Füzulidə vətəndaşlarla görüşüb
Ölkədə fəaliyyəti bərpa edilən heyvan bazarlarının sayı açıqlanıb
Xarici dövlətlərin fiziki və hüquqi şəxslərinin Azərbaycanın su bioresurslarından istifadə qaydası müəyyən ediləcək
Balıqçılıq məhsullarının yeni satış qaydası müəyyənləşir
Xəbər Lenti
Laçında yaşayış evlərinin yaxınlığında yanğın olub - FOTO
Türkiyənin yük gəmisi Novorossiysk yaxınlığında PUA hücumuna məruz qalıb
Beyləqanda 15 yaşlı oğlan kanalda boğulub
Urmiyada yol qəzasında 6 nəfər ölüb, 5 yaralı var
Kamçatkada 5,5 bal gücündə zəlzələ baş verib
Bakıda parkdan oğurluq edilib
Ərdoğan Türkiyə-Pakistan-Səudiyyə Ərəbistanı hərbi ittifaqının heç bir ölkəni hədəf almadığını bildirib
“Bild”: Rusiya dronları Qara dənizdə Almaniyaya məxsus yük gəmisinə hücum edib
“Fitch Ratings” Expressbankın müsbət kredit reytinqini növbəti dəfə təsdiqləyib
Qazaxıstan Azərbaycan üzərindən neft ixracını genişləndirməyi planlaşdırır
Kiberpolis xarici saytlara hücumlar təşkil edən şəxsləri saxlayıb - VİDEO
Bəzi yerlərə yağış yağacaq, dolu düşəcək - XƏBƏRDARLIQ
Azərbaycanda faydalı qazıntı yatağı hərraca çıxarılacaq
Rusiya Odessadakı "Çernomorets" stadionuna zərbə endirib: arenaya ziyan dəyib, bir nəfər yaralanıb - VİDEO
Maliyyə Nazirliyi I yarımildə 68 normativ hüquqi akt layihəsi hazırlayıb
Azərbaycanda dəmir yolu ilə sərnişin daşımaları 17% artıb
Özəl bağçaların nümayəndələri ilə maliyyələşmə müsabiqəsi ilə bağlı görüş keçirilib
Lənkəranda təqaüdçüləri aldadan şəxs saxlanılıb
II Qareginə qarşı məhkəmə prosesi qapalı keçirilir
Prokurorluq Bakıda estetik əməliyyatdan sonra pasiyent ölümü ilə bağlı araşdırma aparır - YENİLƏNİB
Səfərbərlik Xidmətinin rüşvətlə bağlı həbs olunan 3 əməkdaşının məhkəməsi başlayır
Dövlət büdcəsinə ödənilən artıq ödənişlərin həcmi 2 mlrd. manatı ötüb
Bu il Dövlət Maliyyə Nəzarəti Xidməti 83 təşkilatda nəzarət tədbirlərini başa çatdırıb
Bəzi yerlərdə külək güclənəcək - XƏBƏRDARLIQ
Bu il "Böyük Qayıdış" proqramı üzrə icra edilmiş layihələrin sayı açıqlanıb
Baş prokuror Laçın və Qubadlı rayonlarında olub
Jurnalistika ixtisası üzrə qabiliyyət imtahanının nəticələri açıqlanıb
Ədliyyə naziri Lerik rayonunda vətəndaşları qəbul edib
Bakının mərkəzində 3 obyektdə və evdə yanğın söndürülüb, 2 nəfər tüstüdən zəhərlənib - YENİLƏNİB-6 - FOTO - VİDEO
Altay Bayındır karyerasını İspaniyada davam etdirəcək
Ukrayna dəniz dronları Yaltadakı limana hücum edib
"Kristal" və "Hansgrohe" gələcək layihələr üzrə əməkdaşlıq memorandumu imzalayıb
Birbank Biznes-dən mikro biznes kreditinə 5%-dək endirim
Bizon lotereyasında daha 4 avtomobil sahibini tapıb
Türkiyə, Səudiyyə Ərəbistanı və Pakistan Məkkə Sazişini imzalayıb: Üzvlərdən birinə hücum hamısına hücum sayılacaq - YENİLƏNİB
Tovuzda 65 yaşlı qadın qətlə yetirilib, qardaşı oğlu tutulub- YENİLƏNİB-1 - FOTO
"Moody’s"dən Azərbaycanın bank sektoruna dair növbəti müsbət qiymətləndirmə
Vaşinqton Bəyannaməsi: Azərbaycan və onun liderinin sülh strategiyasının nəticəsi - TƏHLİL
Tramp: İran razılaşma əldə etmək istəyir
Fitch ABB-nin reytinqini növbəti dəfə yüksəldib
Zakir Fərəcov növbəti səyyar qəbul keçirib
ARDNF-nin Latın Amerikası debütü: Azərbaycanın neft gəlirlərinin yeni investisiya ünvanı - TƏHLİL
Gürcüstanda vətənə xəyanət maddəsi ilə ilk cinayət işi açılıb
Azərbaycanın Rusiya və Ukrayna ilə münasibətləri milli maraqlar üzərində qurulub - RƏY
Xameneinin hərbi müşaviri: İran Hörmüz boğazında ikinci marşrutun açılmasına icazə verməyəcək
KİV: Hörmüz boğazı ilə bağlı İran və Oman arasında müvəqqəti razılaşma əldə olunub
Azərbaycan Malayziyaya yeni səfir təyin edib