SOCAR və Yaponiyanın JOGMEC Korporasiyası əməkdaşlıq haqqında memorandum imzalayıb

SOCAR və Yaponiyanın JOGMEC Korporasiyası əməkdaşlıq haqqında memorandum imzalayıb
# 30 may 2018 08:42 (UTC +04:00)

Mayın 30-da Bakıda keçirilən “25-ci Xəzər Beynəlxalq Neft və Qaz Sərgi-Konfransı” çərçivəsində SOCAR və Yaponiyanın İqtisadiyyat, Ticarət və Sənaye Nazirliyinin Neft, Qaz və Metallurgiya Korporasiyası (JOGMEC) arasında Əməkdaşlıq Memorandumu imzalanıb.

SOCAR-dan “APA-Economics”ə verilən xəbərə görə, geoloji və geofiziki tədqiqatlar, texniki əməkdaşlıq və insan resurslarının inkişafı sahəsində əməkdaşlığa dair Memorandumu SOCAR-ın prezidenti Rövnəq Abdullayev və JOGMEC prezidenti Tetsuhiro Hosono imzalayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR