“Nou Kamp” stadionu genişləndiriləcək

“Nou Kamp” stadionu genişləndiriləcək
# 09 mart 2016 12:21 (UTC +04:00)

Bakı – APA. “Barselona” “Nou Kamp” stadionunda dəyişiklik edəcək. Apasport.az saytı xəbər verir ki, bu barədə məlumatı klub rəsmi “tvitter” hesabından yayıb.

Stadionun yeni quruluşunun maket şəkilləri də paylaşılıb. Arenada yenidənqurma prosesi 2017-ci ildə başlanılacaq. 2021/22 mövsümündə tamamlanacaq işlərdən sonra arenanın azarkeş tutumu 105 min olacaq.

1957-ci ildə Fransesk Mitjans tərəfindən qurulan “Nou Kamp” stadionunun dizaynında ciddi dəyişiklik olmayacaq. 26 memar öz layihəsini təqdim edib. Yeni stadionun proyektini klub prezidenti Xosep Maria Bartomeu, klub rəsmiləri, Fransesk Mitjansın oğlu olan memar Xuan Pablo Mitjans və Barselona Bələdiyyə başçısının yer aldığı heyət seçib.

Qeyd edək ki, “Nou Kamp” stadionu hazırda 99 min 354 azarkeş tutumuna malikdi.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR