Azərbaycan XİN: Qondarma rejimin nümayəndə heyətinin İrana səfəri barədə məlumat yalandır

Azərbaycan XİN: Qondarma rejimin nümayəndə heyətinin İrana səfəri barədə məlumat yalandır
# 21 yanvar 2016 06:35 (UTC +04:00)

Bakı-APA. Xarici İşlər Nazirliyi (XİN) diplomatik kanallar vasitəsilə Ermənistan kütləvi informasiya vasitələrində Azərbaycan Respublikasının Ermənistan tərəfindən işğal olunmuş ərazilərində yaradılmış qondarma rejimin fermer və əkinçilərindən ibarət nümayəndə heyətinin 2015-ci ilin oktyabr ayında İran İslam Respublikasına səfəri və İran rəsmiləri ilə görüşünə dair yayılan məlumatı araşdırıb.

Bu barədə APA-ya Azərbaycan XİN-in mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev bildirib. Onun sözlərinə görə, İranın Azərbaycandakı səfirliyindən XİN-ə ünvanlanmış cavab notasında qondarma rejimin fermer və əkinçilərindən ibarət nümayəndə heyətinin İrana səfəri və bu ölkənin rəsmiləri ilə görüşməsi barədə xəbərin həqiqəti əks etdirmədiyi bildirilib və Ermənistan KİV-də yayılan xəbərlər təkzib olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR