Həbsdə olan "Nida" üzvünün məhkəməsi davam etdirilib

Həbsdə olan "Nida" üzvünün məhkəməsi davam etdirilib
# 20 sentyabr 2016 15:28 (UTC +04:00)

Bakı. Şəhriyar Əlizadə - APA. Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində narkotik vasitələrin qanunsuz dövriyyəsində təqsirləndirilən "Nida" Vətəndaş Hərəkatının üzvü Qiyas İbrahimovun cinayət işi üzrə məhkəmənin hazırlıq iclası davam etdirilib.

APA-nın məlumatına görə, hakim Ənvər Seyidovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin vəkili Elçin Sadıqov vəsatətlərlə çıxış edərək cinayət işinə xitam verilməsini və əlavə şahidlərin məhkəməyə çağırılaraq ifadə vermələrini istəyib. Məhkəmə vəsatətlər təmin etməyib. Məhkəmənin hazırlıq iclası sentyabrın 27-də davam etdiriləcək.

Qeyd edək ki, Q. İbrahimov Cinayət Məcəlləsinin 234.4.1-ci (qanunsuz olaraq narkotik vasitələri, psixotrop maddələri və ya onların prekursorlarını hazırlama, istehsal etmə, əldə etmə, saxlama, daşıma, göndərmə və ya satma, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən və ya mütəşəkkil dəstə tərəfindən törədildikdə) və 234.4.3-cü (külli miqdarda törədildikdə) maddələri ilə ittiham olunub. Xətai Rayon Məhkəməsində onun barəsində dörd ay müddətinə həbs qətimkan tədbiri seçilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR