Bakıda Türkiyə vətəndaşının çantasından oğurluq edən şəxs tutulub

Bakıda Türkiyə vətəndaşının çantasından oğurluq edən şəxs tutulub
# 03 noyabr 2015 10:58 (UTC +04:00)

Bakı. Şəhriyar Əlizadə - APA. Bakıda Türkiyə vətəndaşının çantasından oğurluq edən şəxs saxlanılıb.

APA-nın DİN-in saytına istinadən verdiyi məlumata görə, Binəqədi rayon 40-cı Polis Bölməsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində sentyabrın 5-də Türkiyə vətəndaşı İdris Çoketin çantasından 500 ABŞ dolları və sənəd oğurlamış Yusif Mirişov tutulub.

Faktla bağlı araşdırmalar aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR