Balakəndə 13 yaşlı uşağı it dişləyib

Balakəndə 13 yaşlı uşağı it dişləyib
# 08 avqust 2016 08:19 (UTC +04:00)

Balakən. Vüqar Heydərov - APA. Balakəndə 13 yaşlı uşağı sahibsiz it dişləyib. Balakən Rayon Mərkəzi Xəstəxanasından (RMX) APA-nın Şəki-Zaqatala bürosuna verilən məlumata görə, avqustun 7-də axşam saat 22 radələrində rayonun Qazma kənd sakini, 2003-cü il təvəllüdlü Vüsal Vahid oğlu Xallayev it dişləməsi xəsarəti ilə xəstəxanaya daxil olub. Müayinə zamanı məlum olub ki, 13 yaşlı Vüsal Xallayev sağ sarğı nahiyəsindən xəsarət alıb.

V.Xallayevə lazımi tibbi yardım göstərilib, quduzluq əleyhinə peyvənd edildikdən sonra evə buraxılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR