Xəzərin hüquqi statusuna dair işçi qrupun növbəti iclası keçiriləcək

Xəzərin hüquqi statusuna dair işçi qrupun növbəti iclası keçiriləcək
# 20 yanvar 2016 08:32 (UTC +04:00)

Bakı. Məlahət Nəcəfova - APA. Xəzərin hüquqi statusuna dair işçi qrupun növbəti iclası bu il yanvarın 27-28-də Aşqabadda keçiriləcək.

APA-nın məlumatına görə, bu barədə Azərbaycan xarici işlər nazirinin müavini, işçi qrupda Azərbaycanı təmsil edən Xələf Xələfov bildirib.

Nazir müavini qeyd edib ki, artıq bütün ölkələr iclasda iştirakını təsdiqləyib.

X. XələfovAstana sammiti öncəsi bu ilin birinci və ya ikinci rübündə Xəzəryanı ölkələrin xarici işlər nazirlərinin görüşünün keçiriləcəyini də deyib.

O bildirib ki, görüşlərdə Xəzərin hüquqi statusuna dair razılaşdırılmamış məsələlər müzakirə olunacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR