ABŞ səfirliyi: "Corciya ştatının qətnaməsi ABŞ-ın Dağlıq Qarabağ münaqişəsi ilə bağlı xarici siyasətini dəyişmir"

ABŞ səfirliyi: "Corciya ştatının qətnaməsi ABŞ-ın Dağlıq Qarabağ münaqişəsi ilə bağlı xarici siyasətini dəyişmir"
# 04 mart 2016 13:04 (UTC +04:00)

Bakı. Məlahət Nəcəfova - APA. “ABŞ qondarma “Dağlıq Qarabağ Respublikası”nın müstəqilliyini tanımır”.

Bu barədə APA-ya ABŞ-ın Azərbaycandakı səfirliyindən Corciya ştatının separatçı Dağlıq Qarabağ rejiminin müstəqilliyini tanıması ilə bağlı qəbul etdiyi qətnaməyə münasibət bildirilərkən deyilib.

Səfirlik bildirir ki, ölkənin xarici siyasəti federal hökumət tərəfindən müəyyənləşir: “Corciya ştatı Nümayəndələr Palatasında Dağlıq Qarabağla bağlı qəbul edilən qətnamə ştatın qanunverici orqanının öz fikrini bildirməsidir və ABŞ-ın bu məsələ ilə bağlı xarici siyasətini dəyişmir”.

Dağlıq Qarabağ

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR