Azərbaycanın üç ali məktəbi dünyanın ən yaxşı universitetləri siyahısına düşüb

Azərbaycanın üç ali məktəbi dünyanın ən yaxşı universitetləri siyahısına düşüb
# 06 sentyabr 2016 10:20 (UTC +04:00)

Moskva. Fərid Əkbərov - APA. Quacquarelli Symonds (QS) kompaniyası 2016-cı il üçün dünya universitetlərinin beynəlxalq reytinqini açıqlayıb.

APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, 916 universitetin yer aldığı reytinq cədvəlində Azərbaycanın ali məktəbləri də yer alıb. Sıralamada Azərbaycan ali məktəbləri arasında öndə Bakı Dövlət Universiteti olub. 700-dən sonrakı yeri tutan BDU reytinq cədvəlində Xəzər Universitetini və Qafqaz Universitetini qabaqlayıb.

Universitetlərin beynəlxalq reytinqinə ABŞ-ın Massaçuets Texniki Universiteti liderlik edir. İkinci və üçüncü yerlərdə isə ABŞ-ın Stanford və Harvard Universitetləri qərarlaşıb.
Qonşu Rusiyanın ali məktəbləri bu ilki reytinq cədvəlində mövqelərini yaxşılaşdırıb.

Lomonosov adına Moskva Dövlət Universiteti reytinq sıralamasında 108-ci pillədə qərarlaşıb. Rusiyadan 22 ali məktəb reytinqə daxil edilib.


Dünya universitetlərinin beynəlxalq reytinqində Türkiyənin Bilkənt, Boğaziçi, Orta Şərq Texniki Universiteti, Koç Universiteti, Haccettəpə Universiteti də yer alıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR