HƏMAS Qüdsdə hücuma görə məsuliyyəti öz üzərinə götürüb

HƏMAS Qüdsdə hücuma görə məsuliyyəti öz üzərinə götürüb
# 09 oktyabr 2016 18:13 (UTC +04:00)

Bakı-APA. HƏMAS Hərəkatı Qüdsdə sadə insanlara, polislərə atəş açan Musabah Əbu Sabihin fəalı olduğunu açıqlayıb.

APA-nın “Sputnik” agentliyinə istinadən verdiyi məlumata görə, bazar günü Qüdsdə bir nəfər tramvay dayanacağında insanlara, nəqliyyat vasitələrinə və onu izləyən İsrail polislərinə atəş açıb, 8 israilli yaralayıb.

Yaralanan israillilərdən 2 nəfəri – yaşlı qadın və polis əməkdaşı xəstəxanada həyatlarını itirib. Əbu Sabih isə polis tərəfindən güllələnərək öldürülüb. O, İsrail vətəndaşı olub.

HƏMAS-ın bəyanatında bildirilib ki, Musabah Əbu Sabih İsrail hakimiyyəti tərəfindən daim yol verilən pozuntulara cavab olaraq bu addımı atıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR