Təhsil İdarəsi: Bakının bəzi məktəblərində məktəbəhazırlıq qruplarının təşkili dayandırılıb

Təhsil İdarəsi: Bakının bəzi məktəblərində məktəbəhazırlıq qruplarının təşkili dayandırılıb
# 03 oktyabr 2016 14:33 (UTC +04:00)

Bakı. Könül Kamilqızı - APA. Bakının bəzi məktəblərində məktəbəhazırlıq qruplarının təşkili dayandırılıb. APA-nın xəbərinə görə, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin ümumtəhsil sektorunun müdiri Avaz Yusifov bu prosesin qruplara kifayət qədər uşaq yığılmayan məktəblərdə dayandırıldığını açıqlayıb: "Çünki qruplarda uşaqların minimum sayı 15, maksimum isə 30-dur. Kənd yerlərində isə yerli təhsil idarəetmə orqanları ilə razılaşdırmaqla 10-15 uşaqdan ibarət məktəbəhazırlıq qrupları təşkil etmək olar. Bəzi məktəblərin resursları, yəni sinif otaqları çatmadığına görə orada belə qrupların təşkil olunması qeyri-mümkündür. Bəzi məktəblərdə isə uşaqların sayı az olduğuna görə orada hazırlıq qruplarının təşkili dayandırılıb”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR