Zaqatalada avtomobil aşıb, iki nəfər xəsarət alıb

Zaqatalada avtomobil aşıb, iki nəfər xəsarət alıb
# 03 mart 2016 10:04 (UTC +04:00)

Zaqatala. Vüqar Heydərov - APA. Zaqatalada baş verən yol-nəqliyyat hadisəsi nəticəsində iki nəfər xəsarət alıb.

APA-nın Şəki-Zaqatala bürosunun məlumatına görə, bu gün saat 11.00 radələrində Zaqatala-Danaçı-Aşağı Çardaqlar avtomobil yolunda rayonun Yuxarı Çardaqlar kənd sakini, 1979-cu il təvəllüdlü Həbib İmamrza oğlu Davudovun idarə etdiyi “Mitsubishi Pajero” markalı, 90 HO 713 dövlət nömrə nişanlı minik avtomobili texniki nasazlıq səbəbindən yolun kənarına aşıb. Nəticəsində sürücü xəsarət almasa da, sərnişinlər - sürücünün həmkəndliləri, 1986-cı il təvəllüdlü Zaur Xizri oğlu Ərtilov və 1977-ci il təvəllüdlü Eldar Ramazan oğlu Qədirov aldıqları müxtəlif dərəcəli bədən xəsarətləri ilə Zaqatala Rayon Mərkəzi Xəstəxanasına (RMX) aparılıblar.

RMX-dan APA-ya verilən məlumata görə, yaralılar travmatologiya şöbəsinə yerləşdiriliblər, vəziyyətləri orta-ağır qiymətləndirilir.


Faktla bağlı Zaqatala rayon Polis Şöbəsində araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR