“Azərreyl” – “Azəryol” matçının başlama saatı dəqiqləşib

“Azərreyl” – “Azəryol” matçının başlama saatı dəqiqləşib
# 29 mart 2016 10:15 (UTC +04:00)

Bakı – APA. Qadın voleybolçular arasında Azərbaycan Super Liqasında yarımfinal mərhələsinin “Azərreyl”lə “Azəryol” arasında keçiriləcək üçüncü oyununun başlama saatı dəqiqləşib. Apasport.az saytının məlumatına görə, martın 30-da baş tutacaq görüş saat 18:00-da başlayacaq.

Qarşılaşma bu dəfə də Bakı İdman Sarayında olacaq.

Qeyd edək ki, yarımfinal mərhələsinin ilk oyununda komandalar hərəyə bir qələbə qazandığından finalçının adına üçüncü oyunda aydınlıq gələcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR