İran səfiri: “Müsəlman aləmindəki münaqişələri İslam həmrəyliyi sayəsində aradan qaldırmaq mümkündür”

İran səfiri: “Müsəlman aləmindəki münaqişələri İslam həmrəyliyi sayəsində aradan qaldırmaq mümkündür”
# 01 iyul 2016 20:29 (UTC +04:00)

Bakı. Türbət Bağırova-APA. “Müsəlman aləmindəki münaqişələri İslam həmrəyliyi sayəsində aradan qaldırmaq mümkündür”.

APA-nın xəbərinə görə, bu barədə İranın Azərbaycandakı səfirliyi tərəfindən təşkil edilən iftar süfrəsi zamanı çıxış edən səfir Möhsün Pakayin deyib

Səfir bildirib ki, bu gün Ramazanın sonuncu cümə günü, Qüds günüdür. Onun sözlərinə görə, bütün müsəlman aləmi Fələstin xalqı ilə həmrəylik nümayiş etdirməlidir. M. Pakayin həmçinin İstanbulun Atatürk hava limanından törədilən terror aktı ilə əlaqədar Türkiyəli həmkarına başsağlığını çatdırıb: “Biz bu hadisədən çox məyus olduq. Terrorizmin sərhədləri yoxdur. Terrorizmə qarşı həmrəy olmalıyıq. Düşünürəm ki, İslam həmrəyli bu istiqamətdə çox vacibdir və İran daim buna hazırdır. Hesab edirəm ki, Fələstin problemi, Dağlıq Qarabağ münaqişəsinin həll edilməsi İslam birliyi sayəsində mümkündür”.

Daha sonra çıxış edən Fələstinin Azərbaycandakı səfiri Nasir Əbdül Kərim bildirib ki, Qüds əhalisi artıq 100 ildir ki,mübarizəsini davam etdirir. Səfir həmçinin İstanbulda baş verən terror hücumunu qınayıb: “Türk qardaşlarımızla həmrəylik nümayiş etdiririk. Bizim dinimizi vasitə olaraq istifadə etməyə çalışanlara imkan verməməliyik. İslam ümmətinin üstündəki qara buludların aradan qalxacağına ümid edirəm. Dağlıq Qarabağla yanaşı, müsəlman dünyasında bir çox torpaqlar işğal altındadır. Ümid edirəm vaxt gələcək ki, biz bəşəriyyət qarşısında öz hüquqlarımızı bərpa edə biləcəyik”.

Qeyd edək ki, İran səfirliyi tərəfindən təşkil edilmiş iftar süfrəsinə Qafqaz Müsəlmanları İdarəsinin şeyxülislam Hacı Allahşükür Paşazadə, Dini qurumlarla iş üzrə dövlət komitəsinin sədri Mübariz Qurbanlı, diplomatik korpus, ictimaiyyət və media nümayəndələri dəvət ediliblər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR