Vladimir Doroxin: “Moskva Azərbaycanın həssaslığını yaxşı anlayır”

Vladimir Doroxin: “Moskva Azərbaycanın həssaslığını yaxşı anlayır”
# 10 fevral 2016 00:02 (UTC +04:00)

Bakı-APA. “Biz Moskvada Rusiya-Türkiyə münasibətlərində baş verənlərin fonunda Azərbaycanın həssaslığını yaxşı anlayırıq”. APA-nın məlumatına görə, bunu Rusiyanın Azərbaycandakı səfiri Vladimir Doroxin “Komsomolskaya pravda” nəşrinə müsahibə verərkən müxbirin Azərbaycan rəhbərliyinin münaqişənin həllində vasitəçi roluna dair sualına cavab olaraq bildirib.

Diplomat qeyd edib ki, Azərbaycan prezidenti İlham Əliyev və XİN rəhbəri Elmar Məmmədyarov səviyyəsində səsləndirilən mövqelərdə “vasitəçilik” ifadəsindən istifadə olunmayıb: “Onlar Azərbaycana eyni dərəcədə yaxın olan iki ölkə arasındakı bu mürəkkəb vəziyyətin nizamlanması üçün əllərindən gələni etməyə hazır olduqlarını nəzakətlə bildiriblər”.

“Mən deyə bilərəm ki, biz bu problemin həllində bu gün Azərbaycanın imkanlarından istifadə etməsinə ehtiyac duymuruq. Azərbaycan bu məsələyə anlayışla yanaşır. Gələcəkdə nə baş verəcəksə, bunu həyat göstərəcək”, deyə Doroxin bildirib. .

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR