Əli Kamal Aydın: "Moskva və Ankara regional problemləri nə qədər çox müzakirə etsə, bir o qədər tez onların həllinə nail olarıq"

Əli Kamal Aydın: "Moskva və Ankara regional problemləri nə qədər çox müzakirə etsə, bir o qədər tez onların həllinə nail olarıq"
# 15 oktyabr 2015 17:48 (UTC +04:00)

Moskva. Fərid Əkbərov - APA. "Rusiya və Türkiyə münasibətləri təkcə tarix baxımından deyil, həm də gələcək baxımından qiymətləndirilməlidir. Bu iki ölkə regional problemləri nə qədər çox müzakirə edərlərsə, onların həlli yolu bir o qədər tez tapılar". APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, bunu Türkiyənin xarici işlər nazirinin müavini Əli Kamal Aydın Moskvada keçirilən "Rusiya-Türkiyə: çoxplanlı əməkdaşlığın möhkəmləndirilməsi" konfransında "Regional problemlərin həllində Rusiya və Türkiyənin strateji maraqları və qarşılıqlı fəaliyyətinin perspektivləri adlı plenar iclasında çıxışı zamanı bildirib.

"Biz münasibətlərimizi böyük addımlarla inkişaf etdirmişik. Rusiya və Türkiyə elə bir səviyyəyə çatıb ki, onlar artıq Yaxın Şərq regionunun siyasətini müəyyən edə biliblər. Bununla yanaşı biz təkcə özümüz haqqında deyil, regionun bütün ölkələrinin maraqları haqqında düşünməliyik. Biz gələcək haqqında düşünən zaman, Qafqaz, Balkan və Yaxın Şərq regionunda sabitliyin əldə olunmasının heç cür mümkün olmadığını görürük. Rusiya və Türkiyə bütün region üçün hazırda həqiqi strateji vacib münasibətlərə malikdirlər. Biz nə qədər çox regional problemləri müzakirə etsək, bir o qədər tez onların həllinə nail olarıq", deyə Türkiyə XİN başçısının müavini qeyd edib.

Türkiyəli diplomatın fikrincə, iki ölkə arasında münasibətlər müxtəlif sahələrdə öz bəhrəsini verib: "Bununla yanaşı bütün region ölkələrinin nöqteyi-nəzərindən əldə olunan nəticələrə baxırıq. Görürük ki, hər şey elə də sadə deyil. Bizim regionda çoxlu xarici oyunçular var, hansı ki, tez-tez bizim bir-birimizə münasibətdə nə qədər güvəndiyimizi yoxlamaq üçün hər şeyi edirlər. Problemlərin bir çoxu dondurulmuş münaqişələrin xarakterini daşıyır. Suriya, Krım, Ukrayna, Cənubi Qafqaz - bu məsələlərdə biz hələlik vahid qərarı tapa bilmirik. Ümid edirəm ki, vaxt gələcək biz, qarşılıqlı sərfəli həll yolunu tapacağıq.

Son ayların hadisələri təəəssüflər olsun ki, münasibətlərimizdə heç də yaxşı olmayan mənzərənin yaranmasına səbəb olub. Münaqişələr bizi müxtəlif mövqelərə ayırıb. Rusiyanın son bir neçə həftə ərzində fəaliyyəti Türkiyə tərəfindən çox təəssüf doğurur. Rusiyanın Suriyadakı əməliyyatı və Türkiyə hava sərhədinin pozulması bizi təəssüfləndirən hadisələrdəndir. Bizim bu məsələdə mövqeyimiz qətidir. Biz hələ də Rusiya təyyarələrinin nə məqsədlə sərhədlərimiz yaxınlığında manevr etdiyini anlaya bilməmişik. Lakin biz soyuqqanlılığımızı qoruyub saxlayırıq. Bu hadisələrin diplomatik izahına ümid edirik".

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR