Bakı-APA. Slovakiyanın baş naziri Robert Fitso Ukraynadakı vəziyyətə görə Rusiyaya tətbiq edilən sanksiyaların tezliklə götürülməsinə çağırıb. APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, baş nazir qeyd edib ki, münaqişəyə görə təqsiri yalnız Rusiyanın üzərinə qoymaq olmaz.
O, həmçinin, Rusiyaya qarşı sanksiyaları “nonsens” adlandırıb: “Nə qədər tez onlar ləğv olunarsa, bu bir o qədər yaxşı olar”.