Rusiyalı ekspert: “Moskva Azərbaycanda sabitliyin tərəfdarıdır”

Rusiyalı ekspert: “Moskva Azərbaycanda sabitliyin tərəfdarıdır”
# 27 oktyabr 2015 12:00 (UTC +04:00)

APA-nın məlumatına görə, bunu Azərbaycanda keçiriləcək parlament seçkiləri ilə bağlı təşkil olunan Bakı-Moskva videokörpü zamanı Postsovet məkanı Araşdırmalar Mərkəzinin direktoru Stanislav Çernyavski deyib.

Onun sözlərinə görə, son 10-15 ildə Azərbaycan hüquq müdafiə təşkilatlarına güzəştə getsə də, onlar etimadı doğrultmayıb.

S. Çernyavski qeyd edib ki, Rusiya Azərbaycanda sabitliyin tərəfdarıdır. “Rusiya ümid edir ki, Azərbaycan xalqı qarşıdan gələn parlament seçkilərində doğru seçim edəcək. Bir çox qərb təşkilatlarının Azərbaycanda seçkiqabağı neqativ abu-hava yaratmaq cəhdləri uğursuzluğa düçar olub".

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR