Rusiya rublu antirekordları yeniləməkdə davam edir

Rusiya rublu antirekordları yeniləməkdə davam edir
# 21 yanvar 2016 09:27 (UTC +04:00)

Bakı. Musa Əhmədov - APA-Economics. Moskva birjasında ticarət sessiyası ötən günün son göstəricisi ilə müqayisədə dolların məzənnəsinin 3,41 rubl və ya 4,19% artması ilə başlayıb.

APA-Economics” Rusiya KİV-nə istinadən xəbər verir ki, dollar tarixi maksimumu yeniləyərək 84,81 rubl bəndində qərarlaşıb ki, bu da denominasiyanın baş verdiyi 1998-ci ildən bəri ən yüksək göstəricidir.

Avroya gəlincə, Avrozonanın vahid valyutası da yarım saat ərzində 3 rubl bahalaşaraq son 13 ayda ilk dəfə 92,555 rubl olub. Qeyd edək ki, 2014-cü ilin dekabrın 16-da avro 100,74 rubla qədər bahalaşıb.

Ticarət əməliyyatlarının başlanmasından bir qədər sonra ABŞ-ın milli valyutasının möhkəmlənməsi bir qədər zəifləyib və 1 dollar 82,4 rubla qədər azalıb.

Rublun zəifləməsinə dünya bazarında neftin ucuzlaşmasının səbəb olduğu bildirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR