Aqramunt: “Səfərimin məqsədi Azərbaycanda demokratiyanın inkişafına töhfə verməkdir”

Aqramunt: “Səfərimin məqsədi Azərbaycanda demokratiyanın inkişafına töhfə verməkdir”
# 29 fevral 2016 12:42 (UTC +04:00)

APA-nın məlumatına görə, bunu Azərbaycanda səfərdə olan Avropa Şurası Parlament Assambleyasının sədri Pedro Aqramunt deyib.

O, səfəri çərçivəsində QHT və media nümayəndələri ilə görüşdüyünü bildirib: "Bu gün Milli Məclisdə Azərbaycanın AŞPA-dakı nümayəndə heyəti ilə görüşəcəyəm. Sabah səhər isə ölkə prezidenti və xarici işlər naziri ilə görüşəcəyəm. Təkcə AŞPA ilə deyil, baş katiblik və Venesiya Komissiyası ilə də əməkdaşlığı təkmilləşdirmək üçün hansı addımları atmağın mümkünlüyü barədə müzakirələr aparacağıq. Düşünürəm ki, bu əməkdaşlıq pis deyil. Amma onu daha irəli aparmağın yollarını müzakirə edəcəyik", - deyə o vurğulayıb.

Həbsdə olan şəxslərin vəkilləri ilə görüşdüyünü deyən P. Aqramunt həmin görüşlərdə açıq müzakirələrin olduğunu qeyd edib.

Xatırladaq ki, P. Aqramunt Fəxri Xiyaban və Şəhidlər Xiyabanını ziyarət edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR