Lənkəranda iki ev yanıb

Lənkəranda iki ev yanıb
# 13 sentyabr 2015 03:19 (UTC +04:00)

Bakı-APA. Lənkəranda ötən gecə yanğın hadisəsi qeydə alınıb. APA-nın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə əsasən, yanğın şəhərdə vətəndaşa məxsus ümumi sahəsi 120 kv.m olan birmərtəbəli 4 otaqlı evdə baş verib. Nəticədə evin dam örtüyünün yanar konstruksiyaları 30 və digər vətəndaşa məxsus ümumi sahəsi 80 kv.m olan birmərtəbəli 2 otaqlı evin 1 otağının dam örtüyünün yanar konstruksiyaları 10 kv.m sahədə (ümumi 40 kv.m) yanıb. Hər iki evin qalan hissəsi yanğından mühafizə olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR