“Günəşli” yatağında yanğın baş verib

“Günəşli” yatağında yanğın baş verib
# 04 dekabr 2015 17:32 (UTC +04:00)

Bakı-APA. Dekabrın 4-də baş verən güclü tufan saat 17.40 radələrində “Günəşli” yatağındakı 10-cu dərin dəniz özülündə qaz xəttini sıradan çıxarmış, nəticədə yanğın olub.

APA-nın SOCAR-a istinadən verdiyi məlumata görə, ilk növbədə özüldəki işçilərin təxliyyə olunması istiqamətində tədbirlərə başlanılıb.

Dalğanın hündürlüyü gəmilərin platformaya yaxınlaşmasına ciddi problemlər yaradır. Lakin buna baxmayaraq, hazırda Fövqəladə Hallar Nazirliyinin xilasetmə dəstələri tərəfindən Xəzər Dəniz Gəmiçiliyinin “Vixr-9” və “Topaz” yanğınsöndürən gəmiləri, habelə “Avyor” dalğıc və “Samir Quliyev” yedək gəmiləri vasisi ilə təxliyyə işləri həyata keçirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR