“Gəncəbank”ın əmanətçilərinə 268 min manat kompensasiya ödənilib

“Gəncəbank”ın əmanətçilərinə 268 min manat kompensasiya ödənilib
# 08 fevral 2016 17:31 (UTC +04:00)

Bakı - APA-Economics. 30 iyul 2007 -ci ildən Əmanətlərin Sığortalanması Fonduna üzv olan “Gəncəbank” ASC-də 28 yanvar 2016-cı il tarixində sığorta hadisəsi baş verib.

Fonddan “APA-Economics”ə verilən məlumata görə, sığorta hadisəsi baş vermiş “Gəncəbank” ASC-nin qorunan əmanətçilərindən ərizələrin qəbuluna fevral 4-dən etibarən başlanılıb.


Seçilmiş agent banklar tərəfindən sənədləri qaydasında olan qorunan əmanətçilərə 268 min manatdan artıq kompensasiya ödənilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR