Yaponiya şirkəti BANM-də təlim keçib

Yaponiya şirkəti BANM-də təlim keçib
# 15 mart 2016 10:09 (UTC +04:00)

Bakı-APA. Bakı Ali Neft Məktəbində (BANM) Yaponiyanın INPEX şirkəti tələbələr üçün təlim keçib. Banm ictimaiyyətlə əlaqələr şöbəsindən APA-ya bildirilib ki, təlimdən öncə rektor Elmar Qasımov INPEX Korporasiyasının vitse-prezidenti Akihiko Kuraşina və Vaseda Universitetinin sərvətlər və ətraf mühit mühəndisliyi kafedrasının professoru Masanori Kurihara, o cümlədən SOCAR UPSTREAM şirkətinin nümayəndə heyəti ilə görüşüb. Rektor təqdim olunan mühazirənin tələbələrə nəzəri və təcrübi bilikləri birləşdirərək praktik biliklər əldə etməkdə kömək edəcəyini vurğulayıb. O qeyd edib ki, Yaponiya təhsil və istehsalatda əldə etdiyi nailiyyətləri ilə bir nümunədir.

Sonra Masanori Kurihara tələbələrə “Kəşfiyat və Hasilat üzrə “asan əldə edilən neft-qaz”, eləcə də neftçıxarma əmsalının artırılması, ətraf mühitə zərər vurmadan qeyri-ənənəvi neft və qaz yataqlarının (çətin əldə olunan neft-qaz) işlənməsi” mövzusunda məruzə ilə çıxış edib, sualları cavablandırıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR