ASAN xidmət mərkəzlərinə “smart” tipli qaz sayğacları ilə bağlı 48 minə yaxın müraciət daxil olub

ASAN xidmət mərkəzlərinə “smart” tipli qaz sayğacları ilə bağlı 48 minə yaxın müraciət daxil olub
# 06 noyabr 2015 14:48 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu – APA-Economics. Bu ilin yanvar-oktyabr ayları ərzində Bakı şəhərindəki 1, 2, 3, 4 və 5 saylı ASAN xidmət mərkəzlərinə “smart” tipli qaz sayğacları ilə təchiz olunmuş istehlakçılara müvafiq xidmətlərin göstərilməsi ilə əlaqədar 47 134 müraciət daxil olub.

SOCAR-dan “APA-Economics”ə verilən məlumata görə, müraciətlər “Azəriqaz” İB-nin müvafiq strukturlarından tələb olunan məlumatların əldə olunması və bu məlumatlar əsasında abonentlərə xidmətlərin göstərilməsi ilə bağlı olub.

Məlumata əsasən, müraciətlərin hamısı tam icra edilib.

İstehlakçılarla münasibətlərin təkmilləşdirilməsi, göstərilən xidmətin keyfiyyətinin yüksəldilməsi məqsədilə Birlik bu istiqamətdə fəaliyyətini bundan sonra da davam etdirəcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR