Asiya birjalarında vəziyyət nefti ucuzlaşdırıb

Asiya birjalarında vəziyyət nefti ucuzlaşdırıb
# 03 oktyabr 2016 07:16 (UTC +04:00)

Bakı. Yeganə Laçınzadə - APA-Economics. Dünya bazarında neft ucuclaşıb.

"APA-Economics" xəbər verir ki, Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən elektron ticarət əməliyyatlarının gedişində WTI neftinin qiyməti 1 barelə görə 0,33 dollar azalaraq 47,91 dollar təşkil edib.

ICE London qitələrarası birjasında Brent markalı neftin 1 barelinin dəyəri isə 0,23 dollar azalaraq 49,96 dollar olub.

Neftin ucuzlaşmasına Asiya birjalarında ticarət əməliyyatları ilə bağlı məlumatların səbəb olduğu bildirilir. Bununla belə, investorlar Çində işgüzar aktivlik indeksini diqqətlə izləyir. Bu indeks üzrə göstəricilər artımın olacağına işarə edir. İşgüzar dairələr OPEC-in neft hasilatının azaldılacağı ilə bağlı planlarını da səbirsizliklə gözləyir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR