Bakının Xətai rayonunda transformator yanıb - FOTO - YENİLƏNİB - VİDEO

Bakının Xətai rayonunda transformator yanıb  - <span style="color: red;">FOTO  - <span style="color: red;">YENİLƏNİB  - <span style="color: red;">VİDEO
# 23 noyabr 2015 20:05 (UTC +04:00)

Bu barədə APA-ya hadisə yerinə gələn “Azərişıq” ASC-nin mətbuat xidmətinin rəhbəri Tanrıverdi Mustafayev bildirib.

Onun sözlərinə görə, yanğın nəticəsində transformatora ciddi ziyan dəyməyib. Qısa zamanda yaxınlıqdakı binalara elektrik enerjisinin verilişi bərpa olunub.

***

22:20

Bakı. Mahir Məmmədli- APA. Bakının Xətai rayonunda yanğın hadisəsi baş verib.

APA-nın məlumatına görə, Gəncə prospektində 4 binanı elektrik enerjisi ilə təchiz edən transformatorda yanğın olub.

Yanğınla bağlı əraziyə Fövqəladə Hallar Nazirliyinin Xətai Rayon Yanğından Mühafizə Hissəsinin canlı qüvvəsi və texnikası cəlb olunub. Yanğın qısa zamanda söndürülüb, alovun digər sahələrə keçməsinin qarşısı alınıb.

Binalara elektrik enerjisinin verilməsində fasilələr yaranıb.Hadisə yerinə “Azərişıq” ASC-nin məsul işçiləri cəlb olunub. Hazırda yanğının nəticələrinin aradan qaldırılması istiqamətində işlər davam etdirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR