Azərbaycan Dünya Bankı və Beynəlxalq Valyuta Fondundan 4 mlrd. dollar cəlb edir - YENİLƏNİB

Azərbaycan Dünya Bankı və Beynəlxalq Valyuta Fondundan 4 mlrd. dollar cəlb edir - <span style="color: red;">YENİLƏNİB
# 28 yanvar 2016 10:26 (UTC +04:00)

Bakı - APA-Economics. Daha öncə xəbər verdiyimiz kimi, Azərbaycan Beynəlxalq Valyuta Fondu (BVF) və Dünya Bankı (DB) ilə 4 mlrd. dollarlıq təcili yardım paketinin cəlb olunması ilə bağlı danışıqlar aparır.

"APA-Economics"in məlumatına görə, "Reuters" agentliyi öz mənbələrinə istinadən xəbər verir ki, Azərbaycan hökuməti BVF-dən 3 mlrd. dollar, DB-dən 1 mlrd. dollar cəlb etmək niyyətindədir.

SAAT 07:54



Bakı - APA-Economics. Azərbaycan Beynəlxalq Valyuta Fondu (BVF) və Dünya Bankı (DB) ilə 4 mlrd. dollarlıq təcili yardım paketinin cəlb olunması ilə bağlı danışıqlar aparır.

APA-Economics” xəbər verir ki, bu barədə BVF-nin nümayəndəsi “Financial Times” qəzetinə bildirib.

Onun sözlərinə görə, bu məsələnin müzakirə üçün BVF və DB nümayəndələri 28 yanvar - 4 fevral ərzində Bakıya rəsmi səfər edərək hökumət rəsmiləri ilə görüşlər keçirəcək.


“Bu yardım paketi neftin ucuzlaşmasından irəli gələn problemlərlə mübarizə aparan Azərbaycana ayıracağımız ilk kreditdir”, - deyə o bildirib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR