Bəşər Əsəd Suriyanın bəzi vilayətlərinə daha çox azadlıq verilə biləcəyini istisna etməyib

Bəşər Əsəd Suriyanın bəzi vilayətlərinə daha çox azadlıq verilə biləcəyini istisna etməyib
# 27 mart 2016 13:28 (UTC +04:00)

Bakı-APA. Suriya prezidenti Bəşər Əsəd Suriya mərkəzi hakimiyyətinin rolu dəyişməz qalsa da, bəzi vilayətlərə daha çox azadlıq verilə biləcəyini bəyan edib.

APA-nın məlumatına görə, bunu B. Əsədlə görüşdən sonra Fransa nümayəndə heyətinin üzvü deputat Nikolas Dyuik bildirib.

Qeyd edək ki, cümə günü Fransanın böyük müxalif qüvvələrindən olan Respublika Partiyasının üzvləri Suriyaya səfər edib, dini və siyasi xadimlərlə görüşlər keçiriblər. Nümayəndə heyəti bu gün B. Əsədlə görüşüb.

N. Dyuik deyib ki, B. Əsəd görüşdə Fransa nümunəsindən söz açıb və bildirib ki, Suriyanın bəzi vilayətləri daha çox azadlıq və səlahiyyətlər əldə edə bilər. Ancaq Suriya prezidenti bu halda dövlətin və mərkəzi hakimiyyətin rolunun dəyişməz qalmalı olduğunu qeyd edib.

B. Əsəd görüşdə bu ilin yayında, ABŞ-da prezident seçkilərinə qədər Suriyada konflikt tərəfləri arasında münaqişənin sülh yolu ilə tənzimlənməsi ilə bağlı razılaşma əldə ediləcəyinə ümidvar olduğunu da vurğulayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR