Azərbaycan standartlara uyğun olmayan 2 min ton gübrəni İrana qaytarır

Azərbaycan standartlara uyğun olmayan 2 min ton gübrəni İrana qaytarır
# 21 sentyabr 2016 15:23 (UTC +04:00)

Bakı. Vüsal Nəbiyev - APA-Economics. 9 sentyabr 2016-cı il tarixdə İranın "Kermanshan Petrochemical" zavodunun istehsalı olan, "Felestina-2" gəmisi vasitəsilə Bakıya gətirilən, "Agro menejment" MMC-yə məxsus 1 893,1 ton UREA 46% (karbamid) gübrəsindən götürülmüş nümunələr Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Fitosanitar Nəzarəti Xidmətinin Respublika Toksikologiya və Keyfiyyətə Nəzarət Mərkəzinin laboratoriyasında analizi aparılıb və həmin gübrənin keyfiyyət göstəricilərinin standartlara uyğun olmaması və normadan dəfələrlə aşağı olması müəyyən edilib.

"APA-Economics" xəbər verir ki, bunu bu gün keçirilən mətbuat konfransında Dövlət Fitosanitar Nəzarəti Xidmətinini rəisi Camal Quliyev bildirib.

C. Quliyev bildirib ki, yükü müşayiət edən sənədlərdə UREA 46% (karbamid) gübrəsində təsiredici maddənin miqdarı 46% göstərildiyi halda, laboratoriya analizinin nəticəsində 30,9% nümunədə azotun miqdarı 0%; 3% nümunədə azotun miqdarı 6%; 3% nümunədə azotun miqdarı 9%; 3% nümunədə azotun miqdarı 19%; 3,2% nümunədə azotun miqdarı 23%; 3% nümunədə azotun miqdarı 26%; 5,7% nümunədə azotun miqdarı 30%; 5,7% nümunədə azotun miqdarı 32%; 3,1% nümunədə azotun miqdarı 33%; 5,7% nümunədə azotun miqdarı 36%; 5,7% nümunədə azotun miqdarı 39%; 3% nümunədə azotun miqdarı 42%; 5,7% nümunədə azotun miqdarı 43% və yalnız 19,8% nümunədə azotun miqdarı 46% aşkar edilib.

Xidmət rəisi vurğulayıb ki, gübrədə təsiredici maddənin miqdarı normadan dəfələrlə aşağı olduğu üçün həmin gübrənin bitkiçilikdə tətbiqi yolverilməzdir: "Bu gübrənin bitkiçilikdə tətbiqi, torpaqdakı mühiti əlverişsiz istiqamətdə dəyişməklə kənd təsərrüfatı bitkilərində boy, inkişaf və məhsuldarlığa əhəmiyyətli təsir göstərməyəcək. Nəticədə ətraf mühitin çirklənməsinə, lüzumsuz xərclərin artmasına, məhsulun maya dəyərinin yüksəlməsinə səbəb olacaq".

C. Quliyev əlavə edib ki, "Fitosanitar nəzarət haqqında" qanuna və Nazirlər Kabinetinin 2007-ci il 22 yanvar tarixli 10 nömrəli qərarı ilə təsdiq edilmiş "Pestisidlərin, bioloji preparatların və aqrokimyəvi maddələrin dövlət sınağının aparılması, qeydiyyata alınması və istifadəsinə icazə verilmiş preparatların siyahısına daxil edilməsi Qaydaları"na uyğun olaraq "Agro menejment" MMC-nin ünvanına daxil olub, İranın “Kermanshan Petrochemical” zavodunun istehsalı olan 1 893,1 ton UREA 46% (karbamid) gübrəsinin ixracatçı ölkəyə geri qaytarılması üçün Dövlət Xidməti tərəfindən müvafiq tədbirlər həyata keçirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR