Qovlar-Zəyəm mənzilində 6 km yolun əsaslı təmirinə başlanılıb

Qovlar-Zəyəm mənzilində 6 km yolun əsaslı təmirinə başlanılıb
# 23 dekabr 2015 06:24 (UTC +04:00)

Bakı. Ramiz Mikayıloğlu-APA. Bu gün Bakı-Böyük Kəsik istiqamətində Qovlar-Zəyəm mənzilində 6 km yolun əsaslı təmirinə başlanılıb.

“Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin Mətbuat Katibliyinin rəisi Nadir Əzməmmədovun APA-ya verdiyi məlumata görə, təmir işləri beş gün davam edəcək. Əsaslı təmir işlərinin yeni yaradılmış 5 saylı “İxtisaslaşmış Dəmir Yolu Müəssisəsi” MMC-nin kollektivi həyata keçirir. Artıq səhər saltarında köhnə yolun söküntüsünə başlanılıb.

Qeyd edək ki, 14 aprel 2015-ci ildə “Azərbaycan Dəmir Yollarının Yenidən Qurulması” layihəsinin 2-ci mərhələsinin icrası məqsədilə, “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyəti ilə Çexiya Respublikasının “MORAVİA STEEL” şirkətləri arasında “Azərbaycan Respublikası Dəmir Yollarının Bakı-Böyük Kəsik sahəsində 600 km hissənin maddi–texniki təchizatı və əsaslı təmiri” barədə İxrac Müqaviləsinə əlavə Saziş imzalanıb. Yeni layihənin icrasına oktyabr ayının sonlarında başlanılıb və bu günə kimi 28, 4 km dəmir yolu əsaslı təmir olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR