Əli Həsənov: "Qoy, aidiyyəti qurumlar öz vəzifələrini icra etsinlər"

Əli Həsənov: "Qoy, aidiyyəti qurumlar öz vəzifələrini icra etsinlər"
# 08 fevral 2016 11:57 (UTC +04:00)

Ağdam. Ziya Əmirxanlı-APA. Qaçqınların və Məcburi köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov Ağdama səfər edib.

APA-nın Qarabağ bürosunun xəbərinə görə Ə. Həsənov Ağdam, Laçın, Xocalı və Xocavənd rayonlarının rəhbərliyi və ictimaiyyət nümayəndələri ilə görüşüb. Görüşdə 2015-ci ilin yekunları və Azərbaycan prezidenti İlham Əliyevin tapşırıqlarının həlli yolları müzakirə olunub.

Əli Həsənov bildirib ki, devalvasiyadan sonra yaranmış vəziyyətdə istər dövlət məmurları, istərsə də sahibkarlar əhalinin güzəranının yaxşılaşdırılması üçün əlindən gələni əsirgəməməlidir: "Çətinlikləriniz varsa, bunun üzərinə gedib sözünüzü deyin, həlli yollunu tapın. Qoy, aidiyyəti qurumlar öz vəzifələrini icra etsinlər. Azərbaycan Prezidenti bunu tələb edir, məmur xalqa xidmət eləməlidir”.

Ə. Həsənov, məcburi köçkünlərin mənzil şəraitinin yaxşılaşdırılması üçün Füzuli rayonunda yeni qəsəbənin salınmasına başlanacağını da bildirib. "Biz qəsəbənin tikintisinə yenidən Sumqayıt şəhərindən başlayacağıq. Çünki Sumqayıtda biz bu günədək qəsəbə tikməmişik”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR