Ermənistan və İran arasında vizasız gediş-gəlişə başlanıb

Ermənistan və İran arasında vizasız gediş-gəlişə başlanıb
# 12 avqust 2016 07:41 (UTC +04:00)

Bakı - APA. Ermənistan və İran arasında viza rejiminin ləğvinə dair Memorandumun tətbiqinə başlanılıb.

APA-nın "news.am" saytına istinadən verdiyi məlumata görə, Ermənistan Xarici İşlər Nazirliyi (XİN) prosesə avqustun 11-dən başlanıldığını açıqlayıb.

Ermənistan XİN-in məlumatında deyilir ki, Memoranduma əsasən, Ermənistan və İran vətəndaşları digər ölkənin ərazisində vizasız 90 gün qala bilərlər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR