Azərbaycanın bir neçə yaşayış məntəqəsinin qaz təchizatı məhdudlaşdırılır

Azərbaycanın bir neçə yaşayış məntəqəsinin qaz təchizatı məhdudlaşdırılır
# 23 fevral 2016 13:16 (UTC +04:00)

Bakı - APA-Economics. Fevralın 24-də saat 09:00-dan 18:00-dək “Qaz İxrac” İdarəsinin Abşeron magistral qaz kəmərləri sahəsinin “Masazır”, saat 09:00-dan 13:00-dək isə Ağdaş magistral qaz kəmərləri sahəsinin “Xaldan” qazpaylama stansiyalarında, eləcə də bəzi ölçü qovşaqlarında cari təmir işləri aparılacaq.

SOCAR-dan "APA-Economics"ə verilən məlumata görə, təmir işləri aparılan müddətdə Abşeron rayonunun Masazır qəsəbəsinin, həmçinin Yevlax rayonunun Xaldan və Qarxun, Ağdaş rayonunun Qəribli kəndlərinin qaz təchizatında məhdudiyyətlər olacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR