Ağcabədidə partlamış “Qrad” raketinin qalıqları aşkarlanıb

Ağcabədidə partlamış “Qrad” raketinin qalıqları aşkarlanıb
# 24 iyul 2016 16:51 (UTC +04:00)

Bakı-APA. Bu gün Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə mərkəzinə Ağcabədi rayonu Qiyaməddinli kəndi ərazisində yerləşən əkin sahəsində bir ədəd mərminin aşkar olunması barədə məlumatlar daxil olub.

Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyindən (ANAMA) APA-ya verilən məlumata görə, xüsusi mobil çevik əməliyyat qrupu dərhal həmin əraziyə göndərilib.

Agentliyin mütəxəssisləri tərəfindən həmin əraziyə baxış keçirilib, aparılan əməliyyat tədbirləri nəticəsində 1.4 metr dərinlikdən aşkar olunmuş partlamış 9M22U raketinin (Qrad) qalıqları götürülüb. Partlayış yerinin ətrafında 3 000 kvadratmetr əraziyə yerüstü baxış keçirilib, təhlükəli əşya və qurğu aşkar edilməyib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR