Nazir: "Məqsədimiz Azərbaycanı regionun əsas ticarət qovşağına çevirməkdir"

Nazir: "Məqsədimiz Azərbaycanı regionun əsas ticarət qovşağına çevirməkdir"
# 18 mart 2016 13:37 (UTC +04:00)

Bakı. Vüsal Nəbiyev - APA-Economics. "Son illər ərzində davam edən qlobal iqtisadi böhran, eləcə də neftin qiymətinin aşağı düşməsi, iqtisadi fəallığın və ticarət dövriyyəsinin azalması ölkəmiz üçün müəyyən çətinliklər yaratsa da, qeyri-neft sektorunun inkişafının vacibliyini artırıb, o cümlədən nəqliyyat sahəsində daha fəaliyyətin daha yüksək səviyyə keçid almasına şərait yaradıb".

"APA-Economics" xəbər verir ki, bunu nəqliyyat naziri Ziya Məmmədov "Bakı Beynəlxalq Dəniz Ticarət Limanı" QSC-nin yaradılmasının 1 illiyinə həsr olunmuş hesabat xarakterli tədbirdə çıxışı zamanı bildirib.

Z. Məmmədovun sözlərinə görə, beynəlxalq yük daşıyıcıları üçün münbit şəraitin yaradılması, sərhəd-keçid prosedurlarının sadələşdirilməsi, bürokratik əngəllərin aradan qaldırılması məqsədilə nəqliyyat əməliyyatlarının koordinasiyalı şəkildə həyata keçirilməsi və yeni daşıma texnologiyalarının tətbiqi üzrə tədbirlər görülüb: "Hazırda Azərbaycan beynəlxalq nəqliyyat dəhlizlərinin inkişafında fəal iştirakçı kimi çıxış edir. Məqsəd qeyri-neft sektorunun ən perspektivli sahələrindən olan nəqliyyat-yol kompleksinin potensialını gücləndirərək Azərbaycanın tranzit imkanlarını artırmaq və onun regionda əsas ticarət qovşağına çevirməkdir".

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR