Azərbaycan prezidenti İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin Əsasnaməsi və strukturunu təsdiqləyib

 Azərbaycan prezidenti İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin Əsasnaməsi və strukturunu təsdiqləyib
# 16 fevral 2016 12:01 (UTC +04:00)

APA-nın xəbərinə görə, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin fəaliyyətini təmin etmək məqsədi ilə imzalanan fərmanda qeyd olunub ki, Nazirlər Kabineti prezidentin aktlarının bu fərmana uyğunlaşdırılmasına dair təkliflərini üç ay müddətində hazırlayıb dövlət başçısına təqdim etməlidir.

İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin işçilərinin say həddi bir ay müddətində müəyyən olunmalıdır.

Ədliyyə Nazirliyinə mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli aktların bu fərmana uyğunlaşdırılmasını təmin edib Nazirlər Kabinetinə məlumat vermək tapşırılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR