Şirvanda atasını bıçaqlayan şəxs həbs edilib

Şirvanda atasını bıçaqlayan şəxs həbs edilib
# 19 oktyabr 2015 12:54 (UTC +04:00)

Şirvan. Əlibəy Zeynallı - APA. Şirvan şəhərində atasını bıçaqlayan şəxs həbs edilib.

Şirvan şəhər Polis Şöbəsindən APA-nın Mil-Muğan bürosuna verilən məlumata görə, Şirvan şəhər məhkəməsi şəhər sakini, 1995-ci il təvəllüdlü Əliyev Seymur Teymur oğlu barəsində 4 aylıq həbs-qətiimkan qərarı çıxarıb.

Qeyd edək ki, oktyabrın 16-da Seymur Əliyev ailə münaqişəsi zəminində atası- 1970-ci il təvəllüdlü Əliyev Teymur Cavadağa oğlunu bıçaqlayıb. Nəticədə o, daxilə nüfuz edən yara diaqnozu ilə Şirvan Şəhər Xəstəxanasının cərrahiyə şöbəsinə yerləşdirilərək əməliyyat olunub.

Baş vermiş hadisəyə səbəb, telefonda qızının sevdiyi oğlanla birgə şəkilini görən atanın onu döyməsi olub. Bacısını müdafiə edən qardaş isə atasını bıçaqlayıb. Faktla bağlı Şirvan Şəhər Polis Şöbəsində cinayət işi açılıb, araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR