“Yuğ” teatrında “Məhşər günü” tamaşasına ictimai baxış keçirilib

“Yuğ” teatrında “Məhşər günü” tamaşasına ictimai baxış keçirilib
# 10 noyabr 2015 10:45 (UTC +04:00)

Bakı. Cavid Zeynallı – APA. Azərbaycan Dövlət “Yuğ” Teatrının səhnəsində gürcü yazıçı Gela Dumbadzenin “Məhşər günü” pyesi əsasında hazırlanan eyniadlı tamaşaya ictimai baxış keçirilib.


Teatrın mətbuat xidmətindən APA-ya verilən məlumata görə, səhnə əsəri baş rejissor Gümrah Ömərin quruluşunda təqdim olunub.

Azərbaycan dilinə Nəriman Əliyev tərəfindən tərcümə olunan tamaşanın musiqi tərtibatçısı Amid Qasımov, quruluşçu rəssamı Umay Həsənova, xoreoqrafı isə Mikayıl Mikayılovdur.


Səhnə əsərində aktyorlar Vidadi Həsənov və Amid Qasımov iştirak edir.


“Məhşər günü” tamaşası uğurlu karyera qurmuş, bu yolda bir sıra mənəvi dəyərlərini itirmiş və ölümə məhkum edilmiş, istedadlı, təcrübəli dövlət müşavirindən bəhs edir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR